Arif Həşimov: "Fəaliyyətini bitirən strukturlar yeniləri ilə əvəzlənməlidir"

Arif Həşimov

© APA | Arif Həşimov

# 27 aprel 2022 15:12 (UTC +04:00)

AMEA-nın Rəyasət Heyətinin aparatında struktur dəyişikliyi nəzərdə tutulub.

APA xəbər verir ki, bu sözləri AMEA-nin prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov jurnalistlərə açıqlamasında qeyd edib.

Akademikin sözlərinə görə, Rəyasət Heyətinin tərkibi çoxsaylı bölmə və şöbələrdən ibarətdir və burada elmi işçilərin sayı üstünlük təşkil etməlidir:

"Adətən, AMEA-da və elmi qurumlarda elmi işçilərin sayı üstünlük təşkil etməlidir. Digər işçilər isə yardımçı funksiya yerinə yetirməlidir. Bununla bağlı, müəyyən qeyri-mütənasibliklər var. Lakin bu o demək deyil ki, şöbə və bölmələr birmənalı şəkildə ləğv olunmalıdır. Həmçinin elə institutlar var ki, orada texniki işçilərin sayı çox olmalıdır".

Arif Həşimov onu da qeyd edib ki, fəaliyyətini bitirən strukturlar davamlı şəkildə yeniləri ilə əvəzlənməlidir: "Ümumiyyətlə, istər Akademiyanın, istərsə də bu kimi digər qurumların strukturunda mütəmadi şəkildə yenilənmələr, dəyişikliklər aparılmalıdır. Yeni strukturlar yaradılmalıdır. Hansı ki, hər hansısa bir strukturlar öz funksiyalarını bitiribsə, onların əvəzinə yeni strukturlar yaradılmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR