ARTİ: MİQ-də uğur qazanan namizədlərin sonra iş yerindən imtina etməsi manevr imkanlarımıza mane olur

ARTİ: MİQ-də uğur qazanan namizədlərin sonra iş yerindən imtina etməsi manevr imkanlarımıza mane olur
# 06 iyun 2023 13:16 (UTC +04:00)

“Müəllimlərin İşə Qəbul müsabiqəsinin həm test, həm də müsahibə mərhələsində uğur qazanan namizədlərin sonra iş yerindən imtina etməsi bizim manevr imkanlarımıza mane olur”.

APA xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, belə olan halda Nazirlik bilik və bacarıqları daha aşağı olan şəxsi müddətli əsaslarla işə götürmək və növbəti il yenidən həmin yeri vakansiyaya çıxarmaq məcburiyyətində qalır:

"Bu prosesdən də ən çox əziyyət çəkən şagird olur. Çünki hər il yeni bir müəllimlə tədrisə davam edir. Digər tərəfdən, qeydiyyatdan keçib imtahanlarda iştirak etməyənlər də çoxdur. Məsələn, ötən il MİQ üzrə 54 minə yaxın namizəd qeydiyyatdan keçsə də, 10 minə yaxını imtahanda iştirak etməyib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR