ARTİ MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlərə xəbərdarlıq edib

ARTİ MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlərə xəbərdarlıq edib
# 15 avqust 2022 11:27 (UTC +04:00)

Təhsil İnstitutu ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərə xəbərdarlıq edib.

İnstitutun İnsan Resursları Mərkəzindən APA-ya verilən xəbərə görə, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib. Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq. Əlavə olaraq həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR