Artımlarını erkən almaq istəyən müəllimlərə sertifikasiyada vaxtından əvvəl iştiraka icazə verilməyəcək

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 07 sentyabr 2022 13:42 (UTC +04:00)

Əməkhaqqılarına əlavələrini erkən almaq istəyən bəzi müəllimlərin könüllü olaraq sertifikasiyada vaxtından əvvəl iştirakına icazə verilib-verilməyəcəyinə aydınlıq gətirilib.

APA xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu mümkün deyil və bunun üçün Nazirliyə bəlli büdcə planlanması lazımdır: “Biz bu prosesi dizayn edəndə könüllü etsəydik, bütün yüksək bal toplamaq əzmində olan müəllimlər öncə gələcəkdi və digər müəllimlər kölgədə qalacaqdı. Ona görə də bu bəlli bir plan əsasında həyata keçiriləcək. Əvvəl də belə olub. Bildiyiniz kimi, biz diaqnostika imtahanlarını da mərhələli şəkildə etmişdik. Təbii ki, kriteriya olaraq hansı bölgələrdə, hansı məktəblərdə təhsilin daha səmərəli təşkilini görürüksə, orada sertifikasiyanı daha tez etməyə çalışacağıq. Digər tərəfdən, buraxılış fənlərini tədris edən müəllimlərin sertifikasiyasını əvvələ salacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR