"ASAN xidmət"də könüllü olan 3000 nəfər işlə təmin olunub

Ülvi Mehdiyev

© APA | Ülvi Mehdiyev

# 03 iyun 2022 10:54 (UTC +04:00)

"30 000 gənc "ASAN xidmət"də könüllü olub, onlardan 3 000-i artıq işlə təmin olunub".

APA xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Könüllü DOST" proqramının 3 illiyinə həsr olunmuş "Sosial sahədə könüllülük" forumunda çıxışı zamanı deyib.

Sədr qeyd edib ki, "ASAN kadr"da iş axtaran könüllülərlə, işə götürənlərin bir-birini tapması çox asandır: "Bu platforma, sözsüz ki, qarşıdakı zamanda daha da genişlənəcək və faydalılığı artacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR