Avropa Azərbaycan Məktəbində beynəlxalq konfrans keçiriləcək

Avropa Azərbaycan Məktəbində beynəlxalq konfrans keçiriləcək
# 05 dekabr 2022 12:28 (UTC +04:00)

9-11 dekabr tarixində Avropa Azərbaycan Məktəbində “Təcrübə Əsaslı Öyrənmə” adlı ikinci beynəlxalq konfrans təşkil ediləcək.

Məktəbdən APA-ya verilən xəbərə görə, ilk dəfə 10-12 dekabr 2021-ci ildə təşkil olunan konfrans, pandemiya məhdudiyyətləri səbəbindən uzun müddət təhsilə dair fikir mübadiləsi və müzakirələr üçün bir araya gələ bilməyən təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Beynəlxalq və yerli təhsil mütəxəssiləri, təhsil işçiləri və müəllimlər üç gün ərzində təhsil müstəvisində müxəlif mövzular ətrafında sessiyalar, qrup işləri və müzakirələrə cəlb olunaraq qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

Konfransın sonunda Avropa Azərbaycan Məktəbi, Tbilisi Avropa Məktəbi (Gürcüstan) və Nazarbayev İntellektual Məktəbinin (Qazaxıstan) iştirakı ilə Qafqaz və Mərkəzi Asiya üzrə İB Dünya Məktəbləri Assossiasiyası təsis edilib.

Assossiasiyanın əsas məqsədi qeyd olunan regionda fəaliyyət göstərən İB məktəbləri arasında qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və təhsil imkanlarını genişləndirməkdən ibarətdir.

Bir il ərzində Assossiasiya üzvlərinin sayı artaraq 17 olub:

“İkinci “Təcrübə Əsaslı Öyrənmə” Konfransında 800-dək insanın iştirak edəcəyi gözlənilir. Ölkəmizlə yanaşı, Türkiyə, İtaliya, Amerika, Niderland, Yaponiya, Avstriya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi ölkələrdən cəlb olunan aparıcı məruzəçilər, məruzəçilər və iştirakçılar yeni təhsil imkanlarını inkişaf etdirmək və təcrübə mübadiləsi üçün Bakıda keçirilən konfransda görüşəcəklər.

“Təcrübə Əsaslı Öyrənmə Konfransı 2022” yeni imkanlar, prespektiv, qarşılıqlı əməkdaşlıq və şəbəkələşmə üçün faydalı platformadır. Bu il də yüzlərlə təhsil işçisinin konfransın imkanlarından bəhrələnəcəyini, qazanacaqları yeni bilik və təcrübəni öz praktikalarında uğurla tətbiq edəcəklərini ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR