Avropa Azərbaycan Məktəbində “Qarabağ Zəfəri” adlı tədbir keçirilib - FOTO - VİDEO

Avropa Azərbaycan Məktəbində “Qarabağ Zəfəri” adlı tədbir keçirilib  - FOTO  - VİDEO
# 11 noyabr 2022 14:19 (UTC +04:00)

Avropa Azərbaycan Məktəbində Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş “Qarabağ Zəfəri” adlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Françesko Bankini qonaqları salamlayaraq qeyd edilən xüsusi gün haqqında təəssüratlarını bölüşüb.

Daha sonra Avropa Azərbaycan Məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeir, mahnı və səhnəciklər təqdim olunub.

Tədbirə dəvət olunmuş peşəkarların ifasında nümayiş etdirilən mahnı və rəqs ifaları tamaşaçıların zövqünü oxşayıb.

Mərasimdə həmçinin Qarabağ münaqişəsinin kökündən başlayaraq ikinci Qarabağ müharibəsinə qədər olan tarixi prosesə həsr olunmuş video sujet təqdim edilib.

Bədii hissədən sonra tamaşaçılar “Azərbaycanın Qarabağ İnciləri” adlı sərgiyə baxış keçiriblər. Sərgidə Qarabağ xalçaları, milli geyim və maddi mədəniyyət nümunələri sərgilənib. Həmçinin, məktəbin şagirdlərinin eyniadlı mövzuya həsr etdkləri əl işlərindən ibarət rəsmlər təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR