Avropa Şurası Bakıda “İnformasiyaya və rəsmi sənədlərə çıxış” mövzusunda təlim keçirib

Avropa Şurası Bakıda “İnformasiyaya və rəsmi sənədlərə çıxış” mövzusunda təlim keçirib
# 03 iyun 2022 11:25 (UTC +04:00)

Avropa Şurasının Bakı ofisi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda “İnformasiyaya və rəsmi sənədlərə çıxış” mövzusunda təlim keçirilib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Avropa Şurasının Bakı ofisi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə prokurorluq orqanlarının əməkdaşları və vəkillər üçün “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində “İnformasiyaya və rəsmi sənədlərə çıxış” mövzusunda keçirilmiş təlimdə Baş Prokurorluğun əməkdaşları iştirak ediblər. Tədbir iki hissədən ibarət olmaqla, hər bir mövzunun ardınca sual-cavab sessiyaları, eləcə də təlim iştirakçılarını ssenarilərə və praktiki işlərin araşdırılmasına cəlb etməklə keçirilib.

Avropa Şurasının Bakı şəhərindəki ofisinin rəhbəri səfir Zoltan Hernyes və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov tədbirin açılışını edərək, təlimçi Nevena Ruziç “İnformasiyaya çıxış-beynəlxalq resurslar”, “İnformasiyaya çıxış-insan hüququ olaraq” və “İnformasiyaya çıxış və fərdi məlumatlar arasında balansın müəyyən edilməsi” mövzular üzrə mühazirələrlə çıxış ediblər.

Təlim zamanı əldə edilmiş biliklərdən prokurorluq orqanlarında peşə hazırlığının keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən tədbirlər zamanı istifadə edilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR