“Avrora qrup” aztəminatli ailələrə və uşaq evlərinə bayram sovqatı çatdırıb

“Avrora qrup” aztəminatli ailələrə və uşaq evlərinə bayram sovqatı çatdırıb
# 02 may 2022 11:15 (UTC +04:00)

Avrora Qrup korporativ sosial məsuliyyətini dərk edərək və bunu beş əsas dəyərindən birinə çevirərək daima bu istiqamətdə əməli addımlar atır.

APA xəbər verir ki, bu il də Ramazan Bayramı ilə əlaqədar yardım aksiyası keçirib.

Şirkət yardım aksiyası zamanı Ramana qəsəbəsində yerləşən “Nur” uşaq evinə və 8-ci mikrorayonda yerləşən “Azərbaycan Uşaqlar İctimai Birliyi” nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı Reinteqrasiya Məkəzi”nə ərzaq bağlamaları və gündəlik tələbat məhsulları çatdırıb.

Bundan başqa şirkət Bakının Nəsimi rayonunda yerləşən Məşədi Dadaş məscidinin dini icması ilə birgə aztəminatlı, şəhid və qazi ailələrinə yardımların paylanması üçün dəstək göstərib. Aksiya çərçivəsində 50 ailəyə qida və gigiyenik vasitələr çatdırılıb.

Məlumat üçün bildirək ki, “Avrora qrup” 2022-ci ildə təkcə Ramazan bayramı münasibəti ilə şirkətə müraciət edən müxtəlif təşkilatlar vasitəsilə 600 dən çox ailəyə də ərzaq yardımı göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR