"Avroviziya 2023"də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcək

"Avroviziya 2023"də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcək
# 23 mart 2023 09:31 (UTC +04:00)

"Avroviziya 2023"də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, İctimai Televiziyadan məlumat verilib.

Qeyd olunub ki, yarımfinal mərhələsi iki hissədən ibarət olacaq. Azərbaycan birinci hissədə 12 nömrə altında səhnəyə çıxacaq.

Azərbaycanla yanaşı birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə də çıxış edəcək.

Xatırladaq ki, ölkəmizi bu il müsabiqədə TuralTuranX dueti "Tell me more" mahnısı ilə təmsil edəcək.

Müsabiqə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR