Avtobuslarda cibgirliklə bağlı görüntülər yayılıb - VİDEO

Avtobuslarda cibgirliklə bağlı görüntülər yayılıb - VİDEO
# 24 may 2022 13:31 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində cibgirlik cinayətləri edən əvvəllər məhkum olunmuş Qurban Mehtiyev tutulub.

DİN-dən APA-ya verilən xəbərə görə, araşdırma zamanı onun müxtəlif avtobuslarda 4 nəfərin pul kisəsini, mobil telefonlarını və digər qiymətli əşyalarını oğurladığı məlum olub. Qurban Mehtiyev ifadəsində etdiyi cinayətləri etiraf edib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Qurban Mehtiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR