Avtomobillərin rəngi dəyişdirildikdə 10 gün ərzində dövlət qeydiyyatından keçirilməli olacaq

Avtomobillərin rəngi dəyişdirildikdə 10 gün ərzində dövlət qeydiyyatından keçirilməli olacaq
# 01 fevral 2023 17:41 (UTC +04:00)

Nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə 10 gün ərzində dövlət qeydiyyatından keçirilməlidir.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Yol hərəkəti haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanunda nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi nəzərdə tutulur.

Bu Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR