Aygün Əliyeva: "İctimai şuralarla bağlı vəziyyət qənaətbəxş deyil"

Aygün Əliyeva: "İctimai şuralarla bağlı vəziyyət qənaətbəxş deyil"
# 23 may 2022 11:41 (UTC +04:00)

“Birləşmiş Millətlər Təşkilatı ilə bu il iyunun 13-də memorandum imzalayacağıq”.

APA xəbər verir ki, bunu Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, agentlik artıq bir ilə yaxındır fəaliyyət göstərir: “Biz artıq 6 aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada ictimai şuralarla regional konfrans keçirdik. Orada eyni zamanda, QHT ofislərində görüşlər keçirilib. Lakin ictimai şuralarla bağlı vəziyyət kifayət qədər qənaətbəxş deyil. Biz çalışırıq ki, bu problemlər aradan qaldırılsın, onların bilik və bacarıqlarının artırılması ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR