AYNA-nın nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının geyim forması təsdiqlənib - FOTO

AYNA-nın nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının geyim forması təsdiqlənib - FOTO
# 30 may 2023 18:05 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsviri və onların daşınması qaydası”nı təsdiq edib.

APA-nın xəbərinə görə, Qayda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını müəyyən edir.

Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının vəzifə səlahiyyətlərinin icrası zamanı xidməti geyimlərini daşımaq hüququ var.

Bu Qaydaya riayət etmək Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşları üçün məcburidir. Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyimi qış və yay dəstlərindən ibarətdir və onun hazırlanması, verilməsi, habelə mövsümə görə yay və qış formalarına keçmə müddətləri Agentliyin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə tənzimlənir.

Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyiminin təchizatı hər il Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər (dövlət büdcəsindən Agentliyə ayrılan məqsədli vəsaitlər istisna olmaqla) hesabına təmin edilir. Agentliyin nəzarət funksiyasını həyata keçirən əməkdaşları şəxsi nömrə yazılmış fərqləndirmə döş nişanına (jetona) malik olmalı və xidmətin sonunda fərqləndirmə döş nişanını (jetonu) Agentliyin aparatına və ya regional idarəyə təhvil verməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR