Ayxan Hacızadə: Terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik, lakin əsaslı cavab verilməyib

Ayxan Hacızadə: Terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik, lakin əsaslı cavab verilməyib
# 06 fevral 2023 15:48 (UTC +04:00)

"Guya cinayətkarın səfirliyə iki azyaşlı uşağı ilə gəldiyinə dair mediada xəbər yayılmışdı. Amma videodan göründüyü kimi bu, planlaşdırılmış terror hücumudur".

APA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuat brifinqində deyib.

O bildirib ki, səsləndirilən bəyanatların heç bir əsası yoxdur: "Bu terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik. Lakin indiyə qədər İran heç bir əsaslı cavab verməyib".

Ayxan Hacızadə vurğulayıb ki, müşahidələrdən göründüyü kimi hücum edən şəxs ruhi xəstə deyil: “Hadisədən sonra dövlət televiziyalarına müsahibəsində də bu aydın görünür”.

XİN sözçüsü bildirib ki, bu barədə səsləndirilən bəyanatlar əsassızdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR