Azad edilmiş ərazilər üzrə indiyədək 334 min hektar ərazidə elektron kadastr işləri aparılıb

# 03 noyabr 2022 12:11 (UTC +04:00)

“Azad edilmiş ərazilər üzrə bu gün qədər 334 min hektar ərazidə elektron kadastr işləri həyata keçirilib”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, yaxın vaxtlarda daha 7 müəssisəsinin Ağdam Sənaye Parkında rezident kimi qeydə alınması nəzərdə tutulur: "Bu da azad edilmiş ərazilərdə yeni iş yerlərinin yaradılmasına imkan verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR