Azad edilmiş ərazilərdə daha 56 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 56 mina aşkarlanıb
# 28 iyun 2022 13:17 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, iyunun 20-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 147 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 774 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR