Azad edilmiş ərazilərdə kəhrizlərin minalardan təmizlənməsi müzakirə edilib

Azad edilmiş ərazilərdə  kəhrizlərin minalardan təmizlənməsi müzakirə edilib
# 24 fevral 2023 11:05 (UTC +04:00)

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, Avropa və Mərkəzi Asiya üzrə regional təhlükəsizlik mütəxəssisi Dominik Eugene Bollier ilə görüşüb.

ANAMA-dan APA-ya verilən məlumata görə, görüş əsnasında Agentliyin yaradılması, məqsəd və vəzifələri, eləcə də Azərbaycanda mövcud mina təhlükəsi ilə mübarizə istiqamətində görülən işlər barədə məlumat verilib.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə yerləşən kəhrizlərin mina və digər partlayıcı sursatlarla çirklənmə vəziyyətinin dəyəndirilməsi, onların təhlükəsiz bərpası məqsədilə minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi, minadan zərərçəkənlərə yardım və digər istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR