Azad olunan ərazilərdə tikinti-söküntü tullantıları ilə bağlı yeni layihə hazırlanır

Azad olunan ərazilərdə tikinti-söküntü tullantıları ilə bağlı yeni layihə hazırlanır
# 07 oktyabr 2022 16:41 (UTC +04:00)

Tikinti və söküntü tullantılarının idarə olunması ilə bağlı yeni normalar hazırlanır.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin Tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev deyib.

O bildirib ki, tikinti-söküntü tullantıları ilə bağlı artıq beynəlxalq ekspertlrəi də cəlb etməklə həm Qarabağda, həm də Şərqi Zəngəzurda bu tullantıların idarə edilməsi üçün layihə hazırlanır:

“Bu ərazilərdə intensiv tikinti işləri aparıldığı üçün belə tullantılar da çox formalaşır. Bundan başqa Bakıda da tikinti və söküntü tullantılarının idarə edilməsi üçün (burada əsasən yenidən emaldan söhbət gedir) təkliflər hazırlanır. Artıq bununla bağlı nümunələr götürülüb, analizlər aparılıb. Tələblərin və qaydaların hazırlanması ilə bağlı da təkliflər üzərində iş aparılır”.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi “Təmiz Şəhər” ASC-yə tapşırılıb:

"7 rayonda artıq təhlükəsiz bərk tullantıların zərərsizləşdiriıməsi üçün ərazilər minalardan təmizlənərək bizə təhvil verilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR