Azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb

Azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb
# 02 iyun 2023 11:46 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, bu ayın sonunda statistik məlumatlar açıqlanacaq.

Qeyd edək ki, həmin şəxslərə ödənilən birdəfəlik ödənişin məbləği 600 manatdır.

İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislər üçün dəstək tədbirləri

- Birdəfəlik müavinət (600 manat)

- Aylıq vəzifə maaşına əlavə

- Hər il 5 gün əlavə məzuniyyət

Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərimizdə əmək müqaviləsi əsasında işləyən işçilər aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR