Azad olunmuş ərazilərdə mədəni irsə qarşı törədilmiş vəhşiliklərlə bağlı hesabat hazırlanıb

# 09 dekabr 2022 13:39 (UTC +04:00)

“İşğaldan azad olunmuş ərazilərdə mədəni irsimizə qarşı törədilmiş vəhşiliklərin bütün dünyaya çatdırılması üçün növbəti hesabat hazırlanıb”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, sözügedən hesabat ilin sonuna qədər təqdim olunacaq.

“İşğaldan azad olunmuş ərazilərdə erməni hərbi-siyasi dairələrinin törətdiyi müharibə cinayətlərini dünyaya çatdırmaq bizim əsas hədəfimizdir”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR