Azad olunmuş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili proseduru açıqlanıb

Kamran Əliyev, Baş prokuror

© APA | Kamran Əliyev, Baş prokuror

# 01 oktyabr 2022 10:51 (UTC +04:00)

“Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır. Prokurorluq əməkdaşları və şəxsən mən dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfər etmişəm və bu quruculuq işlərinin şahidi olmuşuq”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

Kamran Əliyev bildirib ki, artıq işğaldan azad olunmuş ərazilərdə mülki əhali var, işləyirlər, o cümlədən bizim hərbçilərin ailələri oradadır, infrastruktur layihələri var: “Ona görə də biz qərara aldıq ki, mülki prokurorluğun da işğaldan azad olunmuş ərazilərə mərhələli şəkildə, növbətçilik əsasında qayıtması zəruridir. Mülki prokurorluqlar əsasən işğaldan azad olunmuş rayonların əhalisinin kompakt yaşadığı yerlərdə yerləşirlər. Eyni zamanda biz növbətçillik əsasında əməkdaşlarımızı həmin rayonlara göndərmişik. Həmin yerlərdə də bütün şərait, infrastruktur yaradılıb, öz fəaliyyətlərini həyata keçirirlər. Həmçinin Azərbaycan Prezidentinin 2021-ci il aprel ayında imzaladığı fərmanla yeni Qubadlı və Kəlbəcər hərbi prokurorluqları yaradılıb, yeni ştatlar müəyyənləşib. Bu gün bizim işğaldan azad olunmuş ərazilərdə kifayət qədər kadr potensialımız var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR