Azərbaycan Mərkəzi Bankının aktivləri azalıb

Azərbaycan Mərkəzi Bankının aktivləri azalıb
# 17 may 2022 10:00 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" hesabata istinadən xəbər verir ki, AMB-nin aktivləri 3,6% artaraq 26 milyard 410 milyon 568 min manat təşkil edib.

Aktivlərin 17 milyard 362 milyon 276 min manatını borc qiymətli kağızları, 6 milyard 838 milyon 991 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri, 1 milyard 258 milyon 160 mi manatını Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar, 356 milyon 281 min isə banklara verilmiş kreditlər təşkil edib.

Ötən il AMB-nin öhdəlikləri 5,8 % artaraq 25 milyard 240 milyon 380 min manata çatıb.

Bunun 12 milyard 310 milyon 18 min manatı dövriyyədə olan əskinaslarının və sikkələrin, 7 milyard 440,004 milyon manatı kredit təşkilatları qarşısında öhdəliklər, 4 004,637 milyon manatı hökumət idarələri qarşısında öhdəliklər, 1 milyard 261 milyon 131 min manatı isə BVF ilə əməliyyatlar üzrə öhdəliklər təşkil edib.

AMB-nin balans kapitalı 1 milyard 170 milyon 188 min (28% az) manat, nizamnamə kapitalı isə 500 milyon manat (dəyişməyib) qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR