Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin növbəsi yaranıb

Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin növbəsi yaranıb
# 22 fevral 2022 12:53 (UTC +04:00)

Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük postunda Rusiya Federasiyasına hərəkət edən yük avtomobillərinin uzun növbəsi yaranıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, gömrük keçid məntəqəsində 1000-dən çox maşın qarşı tərəfə keçmək üçün növbə gözləyir.

“Samur” gömrük postundan APA-nın yerli bürosuna bildirilib ki, sıxlığın yaranmasına səbəb Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsində tikinti-quraşdırma işlərinin aparılmasıdır.

Həmçinin qeyd olunub ki, “Samur" gömrük postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xətləri üzrə 500, yəni ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu və aparılan təmir-tikinti işləri yük nəqliyyat vasitələrinin keçidini artırmağa imkan vermir. İntensivliyinin artırılması məqsədilə Rusiya tərəfi ilə müzakirələr aparılır və sıxlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR