Azərbaycan Texniki Universitetində dekan seçkisi keçirilib

Azərbaycan Texniki Universitetində dekan seçkisi keçirilib
# 19 yanvar 2022 20:22 (UTC +04:00)

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinə dekan seçkisi keçirilib.

Universitetdən APA-ya verilən məlumata görə, seçki "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun təşkil olunub.

Əvvəlcə seçkidə iştirak etmək üçün namizədliyini irəli sürmüş AzTU-nun Magistratura şöbəsinin müdiri Malik Qarayevin platforması dinlənilib.

Daha sonra fakültənin professor-müəllim heyətinin iştirakı ilə gizli səsvermə keçirilib.

Seçkinin nəticəsinə görə səsvermədə iştirak edən hər kəs namizədin lehinə səs verib və Malik Qarayev AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin yeni dekanı seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR