Azərbaycan-Türkiyə Əmək nazirliklərinin Birgə Daimi Komissiyanın 11-ci iclası Bakıda keçiriləcək - YENİLƏNİB - FOTO

Azərbaycan-Türkiyə Əmək nazirliklərinin Birgə Daimi Komissiyanın 11-ci iclası Bakıda keçiriləcək - YENİLƏNİB   - FOTO
# 19 may 2022 21:06 (UTC +04:00)

İstanbulda Azərbaycan ilə Türkiyənin Əmək və Sosial Müdafiə nazirliklərinin Birgə Daimi Komissiyanın 10-cu iclası keçirilib

APA-nın İstanbul müxbirinin xəbərinə görə, iki qardaş ölkə arasında sosial müdafiə sahəsi üzrə əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub, razılaşma memorandumu imzalanıb.

İmzalama mərasimindən sonra nazir Sahil Babayev və Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilgin mediaya birgə açıqlama veriblər.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən nazir Sahil Babayev Azərbaycanın və Türkiyənin daima iki qardqş ölkə, “Bir millət, iki dövlət” prinsipi ilə hərəkət etdiyini, bunun hər iki ölkə lideri tərəfindən ən yüksək səviyyədə davam etdirildiyini bildirib.

Bildirilib ki, əmək, sosial, məşğulluq və bu kimi sahələrə dair yeni proqramlar, eləcə də sosial müdafiəyə ehtiyacl olan və bu kimi insanlara dəstək məqsədilə iki ölkə arasında yeni fəaliyyət planı hazırlanıb. Razılaşma memorandumu məşğulluq, reabilitasiya və buna dair bir sıra sahələr üzrə iki ölkə arasında əlaqələri daha da gücləndirəcək və inkişaf etdirəcək.

Nazir Sahil Babayev Birgə Daimi Komissiyanın 11-ci iclasının Bakıda keçirilməsi ilə bağlı Türkiyə heyətini Vətənimizə dəvət edib.

Müstəqilliyinin bərpasından sonra Azərbaycanın hər sahə üzrə inkişafının göz qarşısında olduğunu deyən nazir Vedat Bilgin qeyd edib ki, ikinci Qarabağ müharibəsindən sonra ölkəmizin hər yerində bu şanlı Zəfərin sevincinin əhalinin hər bir fərdinin gözündə görmək olar. Bu Zəfər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının tarixi qələbəsidir.

Nazir iki qardaş ölkə arasında sosial sahə üzrə layihələrin addım-addım həyata keçirildiyini deyib.

***

Saat 13:26

***

İstanbul şəhərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 10-cu iclası öz işinə başlayıb.

Bu barədə APA-ya nazirlikdən xəbər verilib.

Bildirilib ki, iclasın açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 19 May - Atatürkü Anma, Gənclik və İdman bayramı münasibətilə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginə və onun rəhbərlik etdiyi kollektivə təbrikini ifadə edib.

Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Sahil Babayev bu inkişafın təmin edilməsində iki qardaş ölkənin dövlət başçılarının birgə səylərinin mühüm rola malik olduğunu diqqətə çatdırıb.

O, Azərbaycanla Türkiyənin hər zaman bir yerdə olduğunu, İkinci Qarabağ müharibəsi zamanı da bunu bir daha bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.

Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin daha da gücləndirilməsinin mühüm əhəmiyyətini qeyd edən Sahil Babayev ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumat verib. Birgə Daimi Komissiyanın iclasının da iki nazirlik arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Vedat Bilgin Azərbaycanın Türkiyə üçün dost və qardaş ölkə olduğunu vurğulayıb. İki ölkənin hər zaman bir-birinin yanında olduğunu, əlaqələrin daim inkişaf etdiyini bildirən Vedat Bilgin əmək və sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün səylərin daim artırıldığını vurğulayıb. Hər iki nazirliyin islahatlar prosesində fəal təcrübə mübadilələrinin önəmini qeyd edib.

Birgə Daimi Komissiyanın iclasında iki nazirlik arasında ötən dövrdə imzalanmış əməkdaşlıq sənədlərinin icrası sahəsində görülmüş işlər nəzərdən keçirilir.

Əməkdaşlığın müvafiq fəaliyyət sahələri üzrə daha da genişləndirilməsi, sosial sahədə mütərəqqi təcrübələrin tətbiqi, DOST konsepsiyası, elektron xidmətlərin geniş tətbiqi, əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlilərinə reabilitasiya xidmətlərinin göstərilməsi, əmək, məşğulluq sahəsində islahatlar və digər sahələrdə təcrübə və məlumat mübadilələrinin aparılması müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR