Azərbaycan uşaqlara görə alimentin tutulmasına dair Konvensiyaya qeyd-şərtlə qoşulur

Milli Məclis

© APA | Milli Məclis

# 22 sentyabr 2022 18:02 (UTC +04:00)

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

APA xəbər verir ki, layihəni komitənin sədri Əli Hüseynli təqdim edib.

O bildirib ki, konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur və bu konvensiyaya da Azərbaycan Ermənistana münasibətdə məlum qeyd-şərtlə qoşulur.

Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR