Azərbaycan və ona bitişik ərazilərdə 7 hiss olunan zəlzələ qeydə alınıb

Azərbaycan və ona bitişik ərazilərdə 7 hiss olunan zəlzələ qeydə alınıb
# 14 iyul 2022 16:19 (UTC +04:00)

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib.

AMEA-dan APA-ya verilən xəbərə görə, ETŞ-nin iclasında çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli gündəlikdə duran əsas məsələlər haqqında danışıb. İclasda RSXM-nin müvafiq şöbələrinin 2022-ci ilin birinci yarısında apardığı elmi araşdırmalar və tədqiqatların nəticələri, eləcə də mərkəz tərəfindən görülən işlərlə bağlı hesabatlar təqdim olunub.

“Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer Elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova öz çıxışında bildirib ki, 2022-ci ilin birinci yarısında 42 rəqəmsal məlumatlar əsasında seysmikliyin analizi aparılıb. Bu ilin altı ayı ərzində Büro tərəfindən 5747 yeraltı təkan qeydə alınıb. Onlardan 1802-i yerli (Azərbaycan ərazisi), 1617-i regional və 1627-i isə uzaq zəlzələlərdir. Həmçinin bu ilin altı ayı ərzində 701 partlayış qeydə alınıb.

Qeyd edək ki, 2022-ci ilin birinci yarımilliyində Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 20 zəlzələ qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 7 hiss olunan zəlzələ qeydə alınıb. Daha sonra RSXM-nin müvafiq şöbə müdirləri çıxış edərək 2022-ci ilin görülən işlərə dair hesabatlarını təqdim ediblər.

Müzakirələr təqdim olunan hesabatlara dair sualların cavablandırılması və hesabatların qəbul edilməsi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR