Azərbaycan və Türkiyə QHT-lərinin forumu hər il keçiriləcək

Azərbaycan və Türkiyə QHT-lərinin forumu

© APA | Azərbaycan və Türkiyə QHT-lərinin forumu

# 19 may 2022 11:52 (UTC +04:00)

“Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bu ildən ənənəvi olaraq keçiriləcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib.

Bu il ilk Forumun keçirildiyini söyləyən Aygün Əliyeva deyib ki, əməkdaşlıq forumunun ardıcıllıqla Azərbaycan və Türkiyədə hər il təşkil edilməsi nəzərdə tutulur: "Bu forumlar əməkdaşlığın möhkəmlənməsində və təcrübə mübadiləsində mühüm rol oynayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR