Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb

Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb
  • Clock-gray 12:48
  • calendar-gray 18 İyul 2019

"Bu ilin ilk 6 ayında Azərbaycana 1409724 nəfər əcnəbi gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artım deməkdir".

APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin 6 aylıq hesabatına həsr olunan mətbuat konfransında Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib.

Xidmət rəisi bildirib ki, olduğu yer üzrə qeydiyyata düşənlərin sayı 300488 nəfər olub: "Müvəqqəti yaşamaq üçün icazə verilən şəxslərin sayı 17864 nəfər təşkil edib. Həmin dövr ərzində 2875 nəfərə iş icazəsi verilib. Bu isə ötən illə müqayisədə 14 faiz artım deməkdir". DMX rəisi eyni zamanda qeyd edib ki, 6 ay ərzində 86 nəfərə qaçqın statusu verilib.

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date