Azərbaycana gətirilən ukraynalı uşaqların sosial reabilitasiyası davam etdirilir

Azərbaycana gətirilən ukraynalı uşaqların sosial reabilitasiyası davam etdirilir
# 03 oktyabr 2022 15:22 (UTC +04:00)

Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən və Azərbaycana gətirilən bir qrup ukraynalı uşağın sosial reabilitasiyası işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən 29 nəfər ukraynalı azyaşlı uşaq mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Bakı şəhərindəki düşərgədə uşaqlar üçün art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil edilib.

Daha sonra uşaqlar Yanardağ və Atəşgah məbədi, Azərbaycan Milli Xalça Muzeyi, Qız qalası və digər tarixi yerlərə ekskursiya ediblər.

Qəbələ şəhərindəki düşərgəyə yola salınan ukraynalı uşaqlar burada qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ingilis dili kursları, foto çəkilişi, milli rəqslər, həmçinin digər ustad dərslərinə cəlb olunacaq.

Düşərgə iştirakçıları regionun tarixi və görməli yerləri ilə də tanış ediləcək.

15 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR