Azərbaycana gətirilmiş 22 yeni seysmik stansiyadan 21-i quraşdırılıb

Azərbaycana gətirilmiş 22 yeni seysmik stansiyadan 21-i quraşdırılıb
# 22 iyul 2022 10:29 (UTC +04:00)

“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsində iştirak edən tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə növbəti onlayn iclası keçirilib. İclasda layihə çərçivəsində görülən işlərə dair hesabatlar təqdim olunub.

APA xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov öz çıxışında bildirib ki, layihə çərçivəsində Azərbaycana gətirilmiş 22 yeni seysmik stansiyadan 21-i artıq tam quraşdırılıb. Quraşdırılma işlərindən sonra stansiyalardan siqnalların qəbulu prosesinin başlandığını qeyd edən şöbə müdiri artıq 12 yeni seysmik stansiyadan məlumatların RSXM-nin Monitoriq Mərkəzinə ötürüldüyünü bildirib. Onun sözlərinə görə, hazırda digər stansiyaların da məlumatlarının ötürülməsinin təmin olunması üzərində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR