Azərbaycana ümumilikdə 13 milyon doza “CoronaVac” peyvəndi gətirilməsi nəzərdə tutulub

Azərbaycana ümumilikdə 13 milyon doza “CoronaVac” peyvəndi gətirilməsi nəzərdə tutulub
# 13 oktyabr 2021 16:36 (UTC +04:00)

Ümumilikdə Azərbaycana 13 milyon “CoronaVac” vaksin dozasının idxalı nəzərdə tutulub.

Bu barədə APA- nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, indiyə qədər 12 169 030 doza “CoronaVac” dərman vasitəsi ölkəyə gətirilib.

Həmçinin bildirilib ki, Nazirlər Kabinetinin “Dərman vasitəsinin idxalı barədə” 11 mart 2021-ci il tarixli Sərəncamına əsasən, Agentlik ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə uyğun olaraq, 300 000 doza “Sputnik V” dərman vasitəsinin Azərbaycana idxalı nəzərdə tutulub.

İndiyə qədər 200 000 doza “Sputnik V” dərman vasitəsi ölkəyə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR