Azərbaycanda 8 yeni peşə məktəbi yaradılacaq

Azərbaycanda 8 yeni peşə məktəbi yaradılacaq
# 01 avqust 2022 11:16 (UTC +04:00)

Cəlilabad və Sumqayıtda yeni peşə təhsili müəssisələri yaradılacaq.

APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov deyib.

O bildirib ki, hazırda peşə təhsili alan tələbələrin 45 faizi Bakıda yerləşən peşə təhsili müəssisələrinin payına düşür.

“Bu il dövlət sifarişi üzrə ümumi qəbul planı ötən illə müqayisədə 10 faiz artırılıb. Eyni zamanda, ödənişli ixtisaslar üzrə də qəbul planı artırılıb”, - o qeyd edib.

O bildirib ki, Sumqayıtda sənaye və İT yönündə peşə təhsili müəssisəsinin yaradılması istiqamətində də iş aparılır: "Növbəti il Lənkəranda yeni peşə təhsili müəssisəsinin açılması planlaşdırılır. Ümumilikdə, 2026-cı ilə qədər 8 yeni peşə təhsili müəssisəsinin yaradılması hədəf kimi müəyyənləşdirilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR