3 rayon üzrə ailə mərkəzi yaradılacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Maliyyə Nazirliyi ilə birgə 2022-2026-cı illərdə 3 rayon üzrə ailə mərkəzlərinin yaratmalı və fəaliyyətini təmin etməlidir.
Beləliklə ailədaxili münasibətlərdən irəli gələn münaqişələrin sayının hər il 20% azalmasına nail olunmalıdır.