Azərbaycanda alimlərin sayı açıqlanıb

Azərbaycanda alimlərin sayı açıqlanıb
# 18 yanvar 2022 15:19 (UTC +04:00)

2022-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 127 elmi təşkilat və müəssisə fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, bu elm ocaqlarında elmi[1]tədqiqat və işləmələrlə 20,5 mindən artıq mütəxəssis məşğul olur, onların da 73,0 faizi tədqiqatçılardır. Bu mütəxəssislərin 37,3 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR