Azərbaycanda avtobus sürücüləri üçün yeni tələb müəyyənləşib

Azərbaycanda avtobus sürücüləri üçün yeni tələb müəyyənləşib
  • Clock-gray 12:07
  • calendar-gray 12 Sentyabr 2019

Azərbaycanda icbari tibbi müayinə zamanı nəzərə çarpan nevroloji simptomatika ilə müşahidə olunan kəllə sümüyünün travmatik deformasiyası və defekti aşkarlanan avtobus sürücüləri sürücülük hüquqlarını itirəcəklər.

APA-nın məlumatına görə, bu, Səhiyyə Nazirliyinin Kollegiyasının “İşçilərin icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin Siyahısı”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bu tibbi əks göstəriş avtobus idarə etmək hüququ verən “D” və  D1” kateqoriyalı sürücülük vəsiqəsinə malik sürücüləri,  o cümlədən qoşqulu avtobus idarə etmək hüququ verən “DE” və “D1E kateqoriyalı sürücülük vəsiqəsinə malik sürücüləri əhatə edir.

Qeyd edək ki, yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışanlar 2 ildə bir dəfə icbari tibbi müayinədən keçməlidirlər.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date