Azərbaycanda Beynəlxalq Maarif Məktəbləri fəaliyyətə başlayıb - FOTO

Azərbaycanda Beynəlxalq Maarif Məktəbləri fəaliyyətə başlayıb  - FOTO
# 03 oktyabr 2022 10:39 (UTC +04:00)

Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Maarif Məktəbləri təhsil fəaliyyətinə başlayıb.

APA xəbər verir ki, açılış tədbirində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digər dövlət rəsmiləri iştirak edib.

Qeyd edək ki, təhsil müəssisəsi, iki mühafizə, bir inzibati və dörd tədris binasından ibarətdir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub.

Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək.

Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində, türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi mümkündür. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur.

Qeyd edək ki, Maarif Vəqfi xaricdə Türkiyə adından təhsil müəssisəsləri açma səlahiyyətinə malik dövlət qurumudur. Dünyanın 67 ölkəsində 429 Beynəlxalq Maarif Məktəbində 50.000-ə yaxın şagird təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR