Azərbaycanda buster doza vurduran müəllimlərin sayı məlum olub

Azərbaycanda buster doza vurduran müəllimlərin sayı məlum olub
# 02 dekabr 2021 13:41 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayev 3-cü doza vaksin olunan müəllimlərin sayını açıqlayıb.

APA-nın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, son məlumata görə, 90 mindən artıq təhsil işçisi 3-cü doza vaksin vurdurub: "Bu gün istər təhsildə, istərsə də digər sahələrdə iştirakçılıq təmin edilirsə, bunu əhalinin yüksək səviyyədə vaksinasiyadan keçməsinə borcluyuq. İl yarım bundan əvvəl ölkə ərazində təxminən gündəlik 5000 yoluxma olanda problemlər yaşayırdıq. İndi isə yüksək yoluxma saylarında da məktəblər, yaxud ali təhsil müəssisələrində ənənəvi tədrisi davam etdiririk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR