Azərbaycanda COVID-19-a qarşı vurulan peyvəndlərin ümumi sayı 11,5 milyon dozanı ötüb

Azərbaycanda COVID-19-a qarşı vurulan peyvəndlərin ümumi sayı 11,5 milyon dozanı ötüb
# 11 yanvar 2022 16:34 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 735 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 124, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 215 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 531 165, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 187 462, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 699 487, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 644 216 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR