Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 28 aprel 2022 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4451 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3429, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 641 623, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 339 221, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 839 464, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 223 472, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 239 466 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR