Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 20 may 2022 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 067 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 587, üç və daha çox doza vaksin vurduranların sayı 1 910, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 701 250, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 846 372, üç və daha çox doza vaksin vurduranların sayı 3 265 489, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 244 138 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR