Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 22 may 2022 16:40 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 483 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 221, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 270, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 803, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 189 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 707 006, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 824, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 442, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 269 214, pozitiv nəticədən sonra buster doza olunanların sayı 244 526 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR