Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 23 may 2022 16:34 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci və ikinci mərhələ üzrə vaksinasiya olunan olmayıb. 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 nəfər təşkil edib. Son sutkada pozitiv nəticədən sonra buster doza olunan da qeydə alınmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 707 007, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 824, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 442, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 269 215, pozitiv nəticədən sonra buster doza olunanların sayı 244 526 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR