Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 10 iyun 2022 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 731 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 259, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1212, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 117 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 741 589, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 350 489, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 665, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 293 172, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 263 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR