Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 15 iyun 2022 16:35 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1846 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üç və daha çox doza vaksin vurduranların sayı 1160, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 114 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 748 460, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 351 545, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 851 520, üç və daha çox doza vaksin vurduranların sayı 3 297 664, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 731 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR