Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 01 avqust 2022 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 4 olub. Son sutkada pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanlar olmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 818 011, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 366 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 890, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 338 788, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 556 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR