Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 08 avqust 2022 16:29 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olmayıb, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza vaksin vurduranların sayı 2 nəfər olub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 829 030, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 863, üç və daha çox doza vaksin vurduranların sayı 3 345 733, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 918 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR