Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 06 sentyabr 2022 18:02 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 544 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 375, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 231, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 803, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 135 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 866 887, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 375 279, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 035, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 367 780, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 793 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR