Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 09 sentyabr 2022 16:31 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1356 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 337, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 173, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 704, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 142 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 870 922, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 376 335, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 567, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 369 847, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 173 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR